İQTİSADİYYAT


İlin 3-cü rübündə 59 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

İlin 3-cü rübündə 59 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən ilin 3-cü rübündə yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən 59 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, rüb ərzində müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 78 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 13 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.