REGİONLAR


İlin birinci rübündə Lənkəranda 324 iş yeri açılıb

Lənkəran, 14 may, Bağır Əliyev, AZƏRTAC

Bu ilin birinci rübündə Lənkəran rayonunda 324 iş yeri açılıb. Bunun 183-ü daimidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bundan əlavə, rayonda 135 nəfəri qadın olmaqla, 1120 nəfər kommunal sahələrdə, 135 nəfər Regional Qaz İdarəsində, 55 nəfər Regional Elektrik Şəbəkəsində haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Lənkəran Rayon Məşğulluq Mərkəzində 2072 nəfər işaxtaran vətəndaş qeydiyyata götürülüb. Onlardan 800 nəfəri qadındır. İşlə təmin olunmaq məqsədilə 261-i qadın olmaqla, 1321 nəfərə göndəriş vərəqəsi, 8 nəfərə isə işsizlik statusu verilib.

Rayonda 173 nəfər Özünüməşğulluq Proqramına cəlb edilib. Bu il daha 250 nəfər işaxtaran vətəndaşın özünüməşğulluq layihələrinə cəlb edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.