İQTİSADİYYAT
İlin birinci rübündə qeyri-neft ixracı 25 faizə qədər artıb
Bakı, 25 may, AZƏRTAC
Bu ilin birinci rübündə qeyri-neft ixracı 25 faizə qədər artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunmuş konfransda deyib.
O bildirib ki, yerli məhsulların istehsalının potensialının gücləndirilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində 2017-ci ildə qeyri-neft ixracı 24,4 faiz, bu ilin birinci rübündə isə 25 faizə qədər artıb.
Nazir qeyd edib ki, bəzi sahələrdə daha yüksək artım gözlənilir. Şərab və kənd təsərrüfatı sahəsinin inkişafında böyük potensial var. Xüsusilə kənd təsərrüfatında emal sənayesinin gücləndirilməsi nəticəsində emal məhsullarının ixracı sahəsində çox güclü potensial görürük və bu sahədə çox ciddi işlər görüləcək.