İQTİSADİYYAT


İlin birinci yarısında 14 min 161 təsərrüfat subyekti qeydiyyatdan keçib

Bakı, 24 iyul, AZƏRTAC 

Cari ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14 min 161 olub, 18 min 92 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. Yarım ildə vergiödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb.

Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.