İQTİSADİYYAT


İlin birinci yarısında 979,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib

Bakı, 15 avqust, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədən 979,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu, 2018-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,7 faiz, real ifadədə isə 11,1 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (36,3 faiz), Türkiyəyə (21,8 faiz), Gürcüstana (8,7 faiz), İsveçrəyə (7,5 faiz), İtaliyaya (3,1 faiz), Ukraynaya (2,4 faiz), Yunanıstana (1,8 faiz), İrana (1,8 faiz), Çinə (1,7 faiz) və Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.