REGİONLAR


İlin birinci yarısında Gəncədə baş verən 36 yol-nəqliyyat hadisəsinin 26-sı piyadaların vurulması ilə nəticələnib

Gəncə, 15 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reydlərə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda piyada zolağından istifadə etməyən, yeraltı və yerüstü keçidlərdən keçməyərək özlərinin və başqalarının həyatını təhlükəyə atan piyadaları məsuliyyətə cəlb ediblər.

Qayda pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimələniblər.

Gəncə Şəhər DYP Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru Vasif Rüstəmov deyib ki, son vaxtlar Gəncə şəhər inzibati ərazisində avtonəqliyyat vasitələri ilə piyadaların vurulması halları artıb. Bununla bağlı şöbə tərəfindən ətraflı təhlillər aparılıb. Nəticədə aydın olub ki, bu cür hadisələrə səbəb sürücülərin ötmə və manevretmə əməliyyatını düzgün yerinə yetirməmələri, yol ayrıcını keçmə zamanı qaydalara əməl etməmələri, nizamlanan yerlərdə piyadalara yol verməmələri, sürət rejimini aşmaları, sərxoş vəziyyətdə avtomobilləri idarə etmələridir. Həmçinin piyadaların təyin olunmayan yerlərdən yolu keçməsi də xoşagəlməz hadisələrə səbəb olur.

Qeyd edək ki, ilin 6 ayı ərzində Gəncə şəhərində baş verən 36 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub, 33 nəfər xəsarət alıb. Qəzaların 26-sı piyadaların vurulması ilə nəticələnib. 8 piyada həlak olub, 19-u isə xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.