REGİONLAR


İlin birinci yarısında Samuxda süni mayalanma yolu ilə 401 baş bala alınıb

Samux, 5 avqust, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin birinci yarısında Samux rayonunda 2779 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb. Heyvanların süni mayalandırılmasından 401 baş bala alınıb. Ümumiyyətlə, 2012-ci ildən bu günədək rayonda süni mayalanmadan 5 min 928 baş buzov doğulub.

Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bununla da lizinq yolu ilə əldə edilən cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına ilk dəfə olaraq rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.

Bildirilib ki, bu ilin birinci yarısında rayonda iribuynuzlu mal-qara 23 min 659 başa, qoyun və keçilər isə 151 min 87 başa çatıb.

Həmçinin rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 6 ayında rayonda süd istehsalı 52 ton artaraq 13 min 125 ton, ət istehsalı 10 ton artaraq 2 min 667 ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.