REGİONLAR


İlin birinci yarısında Tərtərdə 211 daimi iş yeri açılıb

Tərtər, 2 avqust, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, bölgələrə göstərilən dövlət qayğısı, sahibkarlığın və aqrar sahənin inkişafı ölkəmizin hər yerində, o cümlədən cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin birinci yarısında rayonda 211-i daimi olmaqla, 2108 yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 29-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i mövcud müəssisə və təşkilatlarda, 154-ü fiziki şəxslər tərəfindən açılıb. Bundan başqa yarım ildə 1897 nəfər mövsümi işlərə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.