İQTİSADİYYAT


İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb

Bakı, 20 avqust, AZƏRTAC

İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb ki, bunun da 28,9 faizi qeyri-dövlət sektorundadır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeni iş yerlərinin 63,6 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 36 faizi digər regionların, o cümlədən 13 faizi Aran, 6,4 faizi Gəncə-Qazax, 6,2 faizi Lənkəran, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,4 faizi Şəki-Zaqatala, 1,8 faizi Abşeron, 1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 43,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 27,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 55,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 11,2 faizi tikinti, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,7 faizi emal sənayesi, 2,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi peşə, elmi və texniki fəaliyyət, 11,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.