İQTİSADİYYAT


İlin birinci yarısında qeyri-nağd valyuta bazarında 12,1 milyard dollarlıq əməliyyat aparılıb

Bakı, 14 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansındakı meyillərə uyğun formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda deyilir.

İqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmini müəyyənləşdirən başlıca amil olub. Birinci yarımillikdə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 12,1 milyard ABŞ dolları ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81,4 faizi ABŞ dollarında, 18,6 faizi digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 34,4 faizi banklararası valyuta bazarında (BVB), 65,6 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Hesabat dövründə BVB-də əməliyyatların 94 faizi ABŞ dollarında, 5 faizi avroda, 1 faizi isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 8 milyard dollar ekvivalentində olub ki, bunun da 75 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,1 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşür.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 2,7 milyard dollar ekvivalentində olub. Bunun 2,1 milyard dollarını və ya 77,8 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.