İQTİSADİYYAT
İlin əvvəlindən 6 min 945 kommersiya qurumu yaradılıb

Bakı, 8 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında 6 min 945 kommersiya qurumu dövlət qeydiyyatından keçib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 88,3 faizi yerli, 11,7 faizi xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçən kommersiya qurumlarının 82,6 faizi elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [13:10]
Hüquq-mühafizə bölmələri başçıları komitəsinin iclasi keçirilib
- 23.09.2023 [13:03]
DGK sədri Beynəlxalq Narkotiklərlə Mübarizə konfransında iştirak edib
- 23.09.2023 [12:56]