İQTİSADİYYAT


İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb

Bakı, 17 avqust, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, bu ilin əvvəlindən 7 milyard 858,7 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qiymətli kağızlar bazarının ümumi emissiyasının 7,7 faizini səhmlər, 70 faizini Mərkəzi Bankın notları, 11,5 faizini dövlət istiqrazları, 10,8 faizini isə korporativ istiqrazlar təşkil edib. Bu dövr ərzində 429,1 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 5 milyard 541,5 milyon manatlıq notları, 385,9 milyon manatlıq dövlət istiqrazları və 142,8 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Yanvar-iyun aylarında nominal dəyəri 291 milyon manat olan korporativ istiqrazlar, 266 milyon manat olan səhm və 79,3 milyon manatlıq dövlət istiqrazları tədavüldə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.