REGİONLAR


İlin əvvəlindən Ağcabədidə süni mayalanma yolu ilə 1706 baş buzov alınıb

Ağcabədi, 4 iyul, AZƏRTAC

Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər cari ilin ötən dövründə uğurla davam etdirilib.

Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Bu ilin 6 ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2180 baş inək və düyə süni yolla mayalandırılıb, 1706 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.

Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin ilk 4 ayında Ağcabədi rayonu üzrə 592 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 853 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 85 min 300 manat məbləğində subsidiya ödənilib. Son 2 ayda doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.