CƏMİYYƏT


İlin əvvəlindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3007 müraciət daxil olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Cari ilin yanvarından bu günədək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” Əlaqə Mərkəzinə 3007 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, Baş İdarəyə özəl sektorla bağlı məlumatlar da daxil olur. Onlardan 181-i sırf özəl sektorun fəaliyyəti ilə bağlıdır. Bu məlumatlardan 55-i mənzil-tikinti kooperativləri, qalanları isə bu və ya digər sahələrdə özəl sektorun fəaliyyəti ilə bağlı olub. Bu günədək özəl sektorla bağlı 33 şəxs barəsində 24 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.