REGİONLAR


İlin əvvəlindən Füzulidə süni mayalanma yolu ilə 1644 baş buzov alınıb

Füzuli, 6 sentyabr, AZƏRTAC

Füzuli rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ilin səkkiz ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2904 baş inək və düyə süni yolla mayalandırılıb, 1644 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.

Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Cari ilin altı ayı ərzində Füzuli rayonu üzrə 1096 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1376 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 137 min 600 manat məbləğində subsidiya ödənilib. İyul ayında doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.