REGİONLAR


İlin əvvəlindən Tərtərdə 628 daimi iş yeri açılıb

Tərtər, 12 oktyabr, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı, sahibkarlığın və aqrar sahənin inkişafı ölkəmizin hər yerində, o cümlədən cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Tərtər rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu ilin doqquz ayında rayonda 628-i daimi olmaqla 1121 yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 15-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 94-ü mövcud, 28-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 491-i isə fiziki şəxslər tərəfindən açılıb. Ümumiyyətlə son beş ildə Tərtər rayonunda 16 min 417 nəfər yeni iş yerləri ilə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.