DÜNYA


İlin əvvəlindən Ukraynada 2 mindən çox insan qızılcaya tutulub

Kiyev, 8 yanvar, AZƏRTAC

Yanvarın əvvəlindən Ukraynada 2305 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 966-sı böyük, 1339-u isə uşaqdır. Uşaqlardan biri qızılcadan həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qızılcanın yayıldığı bölgələrdə xəstəliyə qarşı vaksinasiya işi olduqca zəifdir.

Qeyd edək ki, 2018-ci ildə 54 min 481 nəfər qızılca xəstəliyinə tutulmuşdu. Bunlardan 20 min 204 nəfəri böyük, 34 min 277-si isə uşaqdır. Ötən il qızılca xəstəliyi səbəbindən 16 nəfər həyatını itirib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.