İQTİSADİYYAT


İlin əvvəlindən bankların kredit portfeli artıb

İlin əvvəlindən bankların kredit portfeli artıb

Bakı, 24 yanvar, AZƏRTAC

Kredit portfelinin artım trendi dekabr ayında da davam edib (+2,3 faiz və ya 377,1 milyon manat; orta aylıq artım tempi 1,5 faiz).

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ilin əvvəlindən bankların kredit portfeli 17,7 faiz (2 milyard 502,1 milyon manat) artaraq 16 milyard 659,1 milyon manat təşkil edib. 2021-ci ilin dekabr ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bəndi azalaraq 4,2 faiz olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.