REGİONLAR


İlin əvvəlindən bəri muxtar respublikada 2130 nəfərdən çox işaxtaran işlə təmin edilib

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Muxtar respublikada bu ilin ötən dövründə şəhər və rayonların hər birində iki əmək yarmarkası keçirilib. Yarmarkalar vasitəsilə 2137 nəfər işlə təmin olunub, 222 nəfər peşə hazırlığına, 227 nəfər ictimai işlərə, 13 nəfər kvota yerinə göndərilib. Naxçıvan şəhərində səhiyyə işçiləri üçün keçirilən yarmarkada isə 41 nəfərə göndəriş verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti əmək yarmarkalarına oktyabrın 9-da start veriləcək. Həmin gün tədbir Sədərək Rayon Mədəniyyət Şöbəsinin binasında təşkil olunacaq. Oktyabr ayının 10-da Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 11-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından oktyabr ayının 15-də yararlana biləcəklər. Oktyabr ayının 16-da ordubadlılara, 17-də babəklilərə, 18-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Ordubad şəhərində və Babək qəsəbəsində əmək yarmarkaları mədəniyyət şöbələrinin binalarında, Şərurda Mədəniyyət Sarayında təşkil ediləcək.

Naxçıvan şəhərində əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.