CƏMİYYƏT


İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb

Bakı, 16 avqust, AZƏRTAC 

İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10 milyon 19 min 575 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı isə 116 nəfərə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.