İQTİSADİYYAT


İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 milyon manatlıq müqavilə imzalanıb

Bakı, 12 iyun, AZƏRTAC

Bu ilin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 milyon manatlıq müqavilə imzalanıb və 4 milyon manata yaxın məhsul ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

"Eyni zamanda, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib. Sahibkarlıq subyektlərinə 1,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə, indiyədək bu istiqamətdə sahibkarlara 5,3 milyon manat ödənilib”,- deyə nazir müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.