ELM VƏ TƏHSİL


İlin ilk Günəş tutulması yanvarın 6-da baş verəcək

Bakı, 4 yanvar, AZƏRTAC

2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanın şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.