İQTİSADİYYAT


İlin ilk iki ayında elektrik avadanlıqlarının istehsalı 37,8 faiz artıb

Bakı, 16 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 24 faiz azalıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə artıb, məişət soyuducularının istehsalı 48,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.