CƏMİYYƏT


İlin sonunadək 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

Sosial müavinətlərin elektron təyinatı infrastrukturunun qurulması işləri çərçivəsində ilin sonunadək 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq.

AZƏRTAC xəbər verir ki, buraya uşağın anadan olmasına görə birdəfəlik müavinət, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və həmin uşaqlara qulluq edənlərə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü dərəcəli əlilliklərə görə aylıq müavinət və birinci dərəcəli əlilliyi olan şəxsə qulluq edənə aylıq təqaüd aiddir.

Beləliklə, pensiya təminatı kimi sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət tələb edilmədən elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.