CƏMİYYƏT


İlin sonunadək 7 milyona qədər balıq körpəsi su hövzələrinə buraxılacaq

Lənkəran, 30 sentyabr, AZƏRTAC

Qızılağac Milli Parkının yaradılmasının 4-cü ildönümü münasibətilə 10 min çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxıldı. Onlardan 4 mini çəki, 3 mini ağ amur və 3 mini ağ qalınalındır.

AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, bu il 45 min ədəd qızılbalıq, 565 min ədəd nərəcinsli balıq, 2,5 milyon kütüm balıq körpələri Xəzər dənizinə buraxılıb: "3 milyon 600 minə qədər çəkikimi balıqların - çəki, ağ qalınalın və ağ amurun müxtəlif su hövzələrinə - Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Yenikənd, Xanbulan, Şəmkir su anbarlarına, Kür çayına, Qarabağ və Şərqi Zəngəzurda isə Suqovuşana, Bərgüşad və Həkəri çaylarının qovuşduğu yerə və Xaçınçay su anbarına buraxılması nəzərdə tutulub. İlin sonunadək isə ümumilikdə yeddi milyona qədər müxtəlif balıq körpələrinin su hövzələrinə buraxılması planlaşdırılıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.