REGİONLAR
İlin sonunadək Ağstafada 7500 arı ailəsi qeydiyyata alınacaq
Ağstafa, 22 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Münasib iqlim şəraitinə və flora zənginliyinə görə Ağstafada arıçılıq ildən–ilə inkişaf edir. Son illərdə arıçılığa göstərilən dövlət qayğısı isə rayon sakinlərinin bu sahəyə marağını daha da artırıb.
Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ildən etibarən Ağstafada arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə 5 il müddətinə subsidiyaların verilməsinə başlanılıb.
Arıçıların saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiyanın verilməsi bu ilin sonunadək başa çatdırılacaq. Hazırda rayonda sənədləşmə və arı ailələrinin müəyyənləşdirilməsi prosesi davam etdirilir. Bu günə qədər 3500 arı ailəsi qeydiyyata alınıb. İlin sonunadək daha 3000 arı ailəsinin qeydiyyata alınması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]