ELM VƏ TƏHSİL
İlin sonunadək Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi açılacaq
Bakı, 13 iyun, AZƏRTAC
Cari ilin sonunadək Bakının Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini İdris İsayev deyib.
"Bu layihənin icrasına dair Koreya Respublikası İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə kredit sazişi imzalanıb. Min nəfərdən çox tələbə potensialı olan peşə mərkəzinin öz kampusu, yataqxanası, tədris korpusları olacaq. Burada Koreya təhsil proqramları və standartları ilə təhsilin keçirilməsi nəzərdə tutulur", - deyə İ.İsayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”
- 25.04.2024 [18:31]