REGİONLAR


İlin sonunadək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrası yekunlaşdırılacaq

Bakı, 27 iyul, AZƏRTAC

İlin sonunadək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrası yekunlaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.

Tədbirlər Planında bu ilin dekabr ayının 1-dək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrasının başa çatdırılması nəzərdə tutulub.

Həmçinin Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.