İQTİSADİYYAT


İlin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

Bakı, 6 noyabr, AZƏRTAC

İlin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda deyib.

“Qanun layihəsi hazırlanıb. 9 fəsil və 72 maddədən ibarət olan sənəd müzakirə olunub və müvafiq strukturlar tərəfindən baxılıb. Layihə ilin sonunadək Nazirlər Kabinetinə təqdim olunacaq. Layihə Dünya Bankı ekspertlərinin dəstəyi və Gürcüstan, Türkiyə, Rusiya, Sinqapur, Malayziya və Böyük Britaniyanın təcrübəsi nəzərə alınmaqla hazırlanıb”, - deyə İ.Alışov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.