REGİONLAR
İlin sonunadək Oğuzda abonentlərin 90 faizi “mavi yanacaq”la təmin ediləcək VİDEO
Oğuz, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Oğuz rayonunun Dəymədərə kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 118 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 min 380 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə vurğulanıb ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, ölkənin qazlaşdırılması istiqamətində tədbirlər Oğuz rayonunda da uğurla icra olunur. İndiyədək rayonun 17 yaşayış məntəqəsi qazlaşdırılıb, hazırda 4 kəndə qaz xəttinin çəkilişi davam etdirilir. Diqqətə çatdırılıb ki, bu ilin sonunadək rayonda abonentlərin 90 faizi “mavi yanacaq”la təmin olunacaq.
Tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]