REGİONLAR
İlin sonunadək Şəmkir rayonunda Çindən gətirilən 46 min tut tingi əkiləcək
Şəmkir, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Yaxın günlərdə Çindən ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 46 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub. Tut tinglərinin əkilməsində məqsəd baramaçılığın yem bazasının yaradılmasından ibarətdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tinglərin əkini üçün Şəmkirin qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib.
Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə rayonun Zəyəm qəsəbəsində 2 min ədəd tut tinginin əkilməsi təmin olunub. Bu vaxtadək rayon ərazisində 4 min 500 tingin əkilməsi başa çatdırılıb.
Qeyd edək ki, 46 min tut tinginin əkilməsi ilin sonunadək başa çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]