REGİONLAR


İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Bakı, 18 noyabr, AZƏRTAC

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Ali Məclisin Sədri bildirib ki, bu ilin sonuna artıq Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq: “İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir”.

Xalça fabrikinin qurulması işləri də başa çatdırılıbdır. Ali Məclisin Sədri qeyd edib ki, indi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıb, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.