İQTİSADİYYAT


İlin sonunadək daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq

Bakı, 27 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Hazırda “Azərişıq” ASC-nin respublikanın fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır. Cari ilin 10 ayında 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlılığı və keyfiyyəti tam təmin olunub. İlin sonunadək isə daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 27-də “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub. Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha 2 ucqar yaşayış məntəqəsinə - Diqo və Dolu kəndlərinə də elektrik enerjisinin verilişi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.