REGİONLAR
İlisu kənd məktəbinin tədris korpusu əsaslı təmir olunur
Qax, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ən qədim və zəngin ənənələrə malik təhsil ocaqlarından biri olan Qax rayonunun İlisu kəndindəki Nizami Gəncəvi adına tam orta məktəbin tədris korpusunda əsaslı təmir işləri aparılır.
AZƏRTAC xəbər verir ki, həmin korpus 1961-ci ildə inşa edilib və indiyədək burada əsaslı təmir aparılmayıb. Hazırda dam örtüyü tamamilə təzələnən binanın fasad hissəsində və daxilində təmir-tikinti işləri davam etdirilir. Təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 1899-cu ildən fəaliyyət göstərən bu qocaman təhsil ocağının məzunları arasında yüzdən çox elmlər doktoru və elmlər namizədi, mindən çox ali təhsilli mütəxəssis var. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1999-cu ildə İlisu məktəbinin 110 illik yubileyi ilə əlaqədar kollektivə təbrik məktubu göndərmişdi.