İDMAN


İlk Avropa Oyunlarına biletləri “McDonalds” restoranlarından almaq mümkün olacaq

Bakı, 24 aprel, AZƏRTAC

“Bakı-2015” ilk Avropa Oyunlarına biletləri “McDonalds” restoranlarından almaq mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, “Bakı-2015”in qida təchizatı üzrə rəsmi dəstəkçisi “McDonalds” özünün Neftçilər, Əhmədli və Fəvvarələr Meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə, idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.

Bilet kassalarının açılışında çıxış edən “Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq satışın uğurla davam etdiyini bildirib. O deyib: “Biz “McDonalds”ın göstərdiyi dəstəyin daha çox insana “Bakı-2015”in həyəcanını yaşamağa imkan yaradacağından məmnunuq. İyunun 12-də təşkil ediləcək açılış mərasiminə sayılı günlər qaldıqca bütün ölkədə Avropa Oyunlarına marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Avropa Oyunlarına böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.

“McDonalds”la yanaşı, biletləri www.baku2015.com saytında onlayn yolla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündür. Ətraflı məlumatı www.baku2015.com saytından, yaxud “2015 - tamaşaçı məlumat mərkəzi”nə zəng etməklə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.