DÜNYA


İlk “Facebook” qurğusu buraxılıb

Bakı, 9 oktyabr, AZƏRTAC

“Facebook” şirkəti “Messenger” əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik “Portal” və “Portal+” “ağıllı” dinamiklərini təqdim edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Portal” dinamikinin ekran diaqonalı 10 düym (25,4 santimetr), “Portal+” dinamikinin isə 15,6 düym (39,6 santimetr) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.

Məlumata görə, “Alexa” əlavəsini dəstəkləyən “ağıllı” dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirirlər ki, “Portal” və “Portal+” vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.

Bildirilir ki, “Facebook” qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət “Portal” və “Portal+” vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri “Facebook” serverlərində deyil, qurğularda aparılır.

Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabr ayında nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.