İDMAN


İlk Formula 1 Vyetnam Qran-Prisi 2020-ci ilin aprelində keçiriləcək

Bakı, 7 noyabr, AZƏRTAC

Formula 1 və Hanoy şəhərinin rəhbərlikləri bəyan ediblər ki, ilk Formula 1 Vyetnam Qran-Prisi 2020-ci ilin aprelində keçiriləcək.

AZƏRTAC Kral yarışlarının rəsmi internet saytına istinadla xəbər verir ki, Hanoyun “Vingroup” promouteri Qran-Pri keçirilməsinə dair çoxillik saziş imzalayıb. Sənədin şərtlərinə görə, Formula 1 mərhələsi şəhərin mərkəzi küçələrində keçiriləcək, trekin uzunluğu isə 5,565 kilometr təşkil edəcək.

Qran-Pri seriyalarının icraçı direktoru Çeys Keri deyib: “Biz sevinc hissi ilə bildiririk ki, Formula 1 Qran-Prisi Hanoyda keçiriləcək. Zəngin tarixə malik və qeyri-adi gələcəyi olacaq Hanoy dünyanın ən maraqlı şəhərlərindən biridir. Mən Formula 1 təqvimində bu mühüm tədbirin yer alacağını səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Vyetnam Cənubi-Şərqi Asiyanın Formula 1 Qran-Prisinin keçiriləcəyi üçüncü ölkəsidir. Bundan əvvəl yarışlar Malayziya və Sinqapurda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.