İDMAN


İlk dəfə 22 mərhələdən ibarət olacaq F1-də Azərbaycan Qran-Prisi 2020-ci il iyunun 7-də keçirilə bilər

Bakı, 29 avqust, AZƏRTAC 

Formula 1 çempionatı təqviminin yeni layihəsinə görə, ilk dəfə 22 mərhələdən ibarət olacaq F1 yarışlarında Azərbaycan Qran-Prisi 2020-ci il iyunun 7-də keçirilə bilər. Layihə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının Ümumdünya Şurası tərəfindən oktyabrın 4-də təsdiq ediləcək.

AZƏRTAC xəbər verir ki, F1 tarixində ilk dəfə çempionat 22 mərhələdən ibarət olacaq. Onlardan onu Avropada, yeddisi Asiyada, dördü isə Amerikada keçiriləcək. Yürüşlərə martın 15-nə nəzərdə tutulmuş Avstraliya Qran-Prisi ilə start veriləcək. Ənənəyə uyğun olaraq, final mərhələsinin noyabrın 29-da Əbu-Dabidəki Yas-Marina avtodromunda keçirilməsi planlaşdırılır.

2020-ci ildə ilk dəfə Hanoy şəhərindəki trasda aprelin 5-də Vyetnam Qran-Prisi keçiriləcək. Bundan başqa, Niderland Qran-Prisi də Formula 1-ə qayıdır: Zandfortda yürüş mayın 3-nə planlaşdırılıb.

Cari ildə Avstraliya, Azərbaycan, Böyük Britaniya, İspaniyanın promouterləri ilə kontraktlar da yenilənib. Hazırda bu il 90 illiyini qeyd edəcək İtaliya yürüşünün təşkilatçıları ilə danışıqlar davam edir.

2020-ci il təqviminin layihəsi:

15 mart – Avstraliya (Melburn)

22 mart – Bəhreyn (Sahir)

5 aprel – Vyetnam (Hanoy)

19 aprel – Çin (Şanxay)

3 may – Niderland (Zandfort)

10 may – İspaniya (Barselona)

24 may – Monako (Monako)

7 iyun – Azərbaycan (Bakı)

14 iyun – Kanada (Monreal)

28 iyun – Fransa (Le-Kastelle)

5 iyul – Avstriya (Şpilberq)

19 iyul – Böyük Britaniya (Silverstoun)

2 avqust – Macarıstan (Budapeşt)

30 avqust – Belçika (Spa)

6 sentyabr – İtaliya (Montsa)

20 sentyabr – Sinqapur (Sinqapur)

27 sentyabr – Rusiya (Soçi)

11 oktyabr – Yaponiya (Suzuka)

25 oktyabr – ABŞ (Ostin)

1 noyabr – Meksika (Mexiko)

15 noyabr – Braziliya (San-Paulu)

29 noyabr – Əbu-Dabi (Yas-Marina).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.