İDMAN


İlk dəfə cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək

İlk dəfə cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 11-13-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu qatılacaq.

Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Yarışın ilk günündə 2009-2010-cu il təvəllüdlü, ikinci günündə isə 2011-2012-ci il təvəllüdlü yeniyetmələrin fərdi yarışları keçiriləcək. Yarışın üçüncü günündə U-15 yeniyetmələr arasında komanda yarışı baş tutacaq.

Yarış hər gün saat 9:00-da başlayacaq. Açılış mərasimi fevralın 11-də saat 16:00-da keçiriləcək. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.