MƏDƏNİYYƏT


İlk dəfə olaraq MDB ölkələrinin birgə istehsalı üzrə kino layihələrinin Pitçinqi keçiriləcək

Bakı, 18 may, AZƏRTAC

Avqustun 22-23-də Rusiyanın Sankt-Peterburq şəhərində ilk dəfə olaraq MDB ölkələrinin birgə istehsalı üzrə kino layihələrinin Pitçinqi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Pitçinq “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş “MDB ölkələrinin birgə kino istehsalına dair beynəlxalq konfrans” çərçivəsində təşkil olunacaq. Konfransda “Özbəkfilm”, “Tacikfilm” kinokonsernləri, “Belarusfilm”, “Gürcüstanfilm”, “Qazaxfilm”, “Qırğızfilm” kinostudiyaları ilə yanaşı, “Azərbaycanfilm” kinostudiyasının, habelə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Sankt-Peterburq Mədəniyyət Komitəsinin nümayəndələri, MDB ölkələrindən olan kino xadimlərinin iştirakı nəzərdə tutulur.

Pitçinqdə iştirak ödənişsizdir. Müsabiqədə MDB ölkələrindən olan kinematoqrafçılar (fiziki və hüquqi şəxslər) iştirak edə bilərlər. Layihələr Tammetrajlı bədii film (xronometraj 70-90 dəqiqə), onlayn platformalar üçün bədii serial, tammetrajlı sənədli film (xronometraj 50-90 dəqiqə) və animasiya filmi (animasiya serialı və ya tammetrajlı animasiya filmi)ı kateqoriyalar üzrə qiymətləndiriləcək.

Müraciətlər 2022-ci il mayın 16-dan iyulun 20-dək script.moviestart.ru platforması vasitəsilə aparılır.

Müsabiqədə MDB ölkələri və Gürcüstanın kinematoqrafçılarının əsərləri və ya bu dövlətlərin ərazisində birgə istehsala cəlb olunacaq layihələr iştirak edə bilər. Layihənin “Birgə istehsal” olması üçün xarici maliyyənin (MDB ölkələri) payının büdcənin ən azı 20 faizini təşkil etməsi, habelə filmin müəlliflərinin bir hissəsinin digər ölkələrdən (MDB ölkələrindən) olması vacibdir.

Pitçinqin nəticəsinə əsasən qalib layihələrin birgə istehsalı üçün niyyət müqavilələri imzalanacaq. Pitçinq partnyorları ilə razılaşma əsasında qaliblər layihənin inkişafı, tizerin hazırlanması və ya layihənin qismən həyata keçirilməsi üçün maliyyə mükafatı da ala bilərlər.

Pitçinqin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Sankt-Peterburqun Mədəniyyət Komitəsi, “Lendok” kinostudiyası, “Kinokultura” və “MovieStart” prodüser mərkəzidir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.