İQTİSADİYYAT


İlk dəfə tədavül müddəti 5 il olan dövlət istiqrazları emissiya edilib

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Maliyyə Nazirliyi tərəfindən ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında uğurla yerləşdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50,5 milyon manat təşkil edib, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101,36 (gəlirlilik 8,16 faiz) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

Eyni zamanda, bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.