MƏDƏNİYYƏT


“İlk kosmonavt” viktorinasının qalibləri müəyyən olunub

Bakı, 8 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası ilk kosmonavt Yuri Qaqarinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar viktorina təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, artıq viktorinanın qalibləri müəyyən olunub. Birinci yerə Zərdab rayonu H.B.Zərdabi adına 1 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Nuri, ikinci yerə Şəki şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi Rəvan Ələsgərli, üçüncü yerə isə Quba rayonu Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Afət Rəhimova layiq görülüb. Hər üç qalib fəxri fərmanla mükafatlandırılacaq.

Viktorinada fəal iştirak edənlər də təşəkkürnamələrlə təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.