ELM VƏ TƏHSİL
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanlarının nəticələri açıqlanıb
Bakı, 19 mart, AZƏRTAC
Martın 18-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri martın 19-da saat 15:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 3791 nəfərdən 101-i imtahana gəlməyib, 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric edilib.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı səkkizdən, xarici dil və ya kimya fənnindən yeddidən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.