REGİONLAR


“İlk vaxtlar çoxları mənə “bu iş sənlik deyil” deyirdi”  – traktorçu qadın FOTO

Ağsu, 17 sentyabr, Adil Ağayev, AZƏRTAC

Nəzakət Abuzərova Ağsu rayonunun Ərəbmehdibəy kəndinin sakinidir. Pambıqçılıqla məşğul olan Nəzakət xanım bir çoxlarına qəribə gəlsə də, “Belarus” markalı traktoru məharətlə idarə edir. Bu günlərdə Ağsu pambıqçılarının yığdıqları ilk məhsul qəbul məntəqələrinə yola salınarkən lafet karvanını idarə edənlər arasında o da var idi.

AZƏRTAC-ın bölgə müxbiri kənd təsərrüfatı texnikalarını idarə etməyi sevən bu xanımla görüşüb söhbət edib.

Qadın traktorçu bildirib ki, hələ uşaqlıqdan torpağa bağlı olub. Qonum-qonşularının çoxu da pambıq əkib-becərir. Fermerlərə göstərilən dövlət dəstəyi digərləri kimi, onu da ruhlandırıb və bu işə həvəslə qoşulub. Ona görə də, o da illərdən gələn bu təcrübəsindən istifadə edərək, 4 hektar sahədə pambıq əkib. “Qərara aldım ki, ailə fermer təsərrüfatı yaradım, pambıq əkim. 2018-ci ildə ilkin olaraq güzəştli qiymətlə “Belarus” markalı traktor aldım. Axı, təsərrüfatı texnikasız genişləndirmək mümkün deyil. İlk vaxtlar çoxları mənə “bu iş sənlik deyil” deyirdi. Lakin ruhdan düşmədim və bu peşəni də öyrəndim. İndi gördüyünüz kimi, bu ağır texnikanı asanlıqla idarə edirəm”, - deyə Nəzakət xanım vurğulayıb.

Bu ili özü üçün sınaq hesab edən qadın fermer pambıq sahəsini ailə üzvlərinin köməyi ilə becərib. “Belarus” isə bu işlərdə ona böyük kömək olub. Traktorçu qadın gələn il azı 20 hektar sahədə pambıq əkəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.