İDMAN


İlkay Gündoğan “Mançester Siti”dən ayrıla bilər

Bakı, 16 aprel, AZƏRTAC

İngiltərənin “Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi İlkay Gündoğan yay transfer pəncərəsində komandadan ayrıla bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçi bir müddət əvvəl klubla müqaviləni yeniləməyəcəyini bildirib. Bu səbəbdən klub rəhbərliyi futbolçunu satmağı planlaşdırır. Komanda Gündoğanı ən azı 30 milyon avroya satmağı düşünür.

Qeyd edək ki, yarımmüdafiəçi 2016-cı ildə “Borussiya Dortmund” klubundan Mançester təmsilçisinə transfer olunub. O, cari mövsümdə “Mançester Siti”nin heyətində keçirdiyi 41 oyunda 5 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.