ELM VƏ TƏHSİL


İlkin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 8-9-da keçirilmiş vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub.

Vakant yer tutmuş namizədlər sentyabrın 16-sı saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Təhsil Nazirliyi elektron yerləşdirmədə uğur qazanmış namizədləri təbrik edir və müsabiqə iştirak edən bütün namizədlərə uğurlar arzu edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.