SİYASƏT


İllər ötdükcə dahi liderin böyüklüyünü daha dərindən dərk edirik

Bakı, 12 dekabr, AZƏRTAC 

Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır.

Bu sözləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməyə gəlmiş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Emin Həsənli bildirib ki, ulu öndər Heydər Əliyev elə bir şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə, onun böyüklüyünü daha dərindən dərk edirik. Ötən hər gün Böyük Öndəri bizə daha da yaxınlaşdırır, Ümummilli Liderimizin əbədiyaşar şəxsiyyət olduğunu bir daha təsdiq edir.

Ümummilli Lider Azərbaycan dövlətini yeni inkişaf müstəvisinə çıxaran tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən əsrin 90-cı illərində - ölkəmiz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Ulu Öndərimiz ölkədə baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoyub, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxarıb. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik, güclü ordusu olan müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.