MƏDƏNİYYƏT


İllüstratorlar üçün “Səssiz kitab” müsabiqəsi

Bakı, 11 avqust, AZƏRTAC

İtaliyanın “Carthusia Edizioni” uşaq nəşriyyatı rəssam, illüstrator və digər yaradıcı sahələrdən olan müəlliflər üçün “Səssiz kitab” müsabiqəsi keçirir.

AZƏRTAC xəbər verir ki, müsabiqə yalnız yeni və çap olunmamış illüstrasiyalı kitablar üçün nəzərdə tutulur. Burada xüsusi bir mövzu yoxdur. Hekayənin nəqli müəyyən ardıcıllıqla yalnız təsvir edilmiş şəkillər vasitəsilə aparılmalıdır.

Müsabiqənin finalçıları elan ediləndən sonra onların işləri Bolonya Uşaq Kitab Sərgisi və “urin Beynəlxalq Kitab Yarmarkasında (Salone del Libro) nümayiş etdiriləcək. Qalib gələn kitab layihəsi “Carthusia Edizioni” tərəfindən nəşr ediləcək və nəşriyyatın kataloquna daxil edilməklə tanıtımı aparılacaqdır.

Ətraflı məlumat carthusiaedizioni.it ünvanından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.