DÜNYA


İlon Mask: Marsda insanların həyatı çətin olacaq

Bakı, 21 aprel, AZƏRTAC

“SpaceX” şirkətinin qurucusu İlon Mask Marsın məskunlaşmasının bəşəriyyət üçün ciddi sınaq olacağını bildirib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, başqa planetə köçmək qərarına gələn insanların həyatını təsvir edən sahibkar Marsı tədqiq etmək istəyən insanları XX əsrin əvvəllərindəki Antarktidanı fəth etmək çağırışları ilə müqayisə edib: “Marsda həyatın, xüsusən də başlanğıcda dəbdəbəli olmayacağını vurğulamaq çox vacibdir”, - deyən İ.Maskın sözlərinə görə, bu, təhlükəlidir, ora narahatdır, geri qayıtmaq ehtimalı da azdır.

Sahibkar, həmçinin qeyd edib ki, Marsın müstəmləkəçiləri rahat yaşayış şəraitinə arxalana bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.