ELM VƏ TƏHSİL


İlon Mask: “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək

Bakı, 23 sentyabr, AZƏRTAC

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask bildirib ki, üç ildən sonra “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, yeni avtomobil “Tesla”nın hazırda istehsal etdiyi sedan Model 3-dən (37990 dollar) 12 min dollar ucuz olacaq.

“Tesla Motors” (ABŞ) 2003-cü ildə elektromobilləri və texnologiyaları işləyib hazırlayan və istehsal edən şirkət kimi fəaliyyətə başlayıb. Elektromobillərlə yanaşı, şirkət öz texnologiyaları üzrə batareya və elektrik mühərriki istehsal edərək digər avtomobil şirkətlərinə, o cümlədən “Toyota” və “Daimler”ə satır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.